Daha bir komandaya texniki məğlubiyyət verildi

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Newsport.az xəbər verir ki, iclasda AFFA-nın bayrağı altında keçirilən müxtəlif yarışlarla bağlı aşağıdakı qərarlar qəbul olunub:

Həvəskar Liqasının 2-ci turu çərçivəsində keçirilən “Sparta” FK – “Gənclər” PFM oyununda “Sparta”nın futbolçusu Fikrət Həsənov rəqibi vurduğu üçün qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 4 oyun cəzalandırılıb.

Həvəskar Liqasının 2-ci turu çərçivəsində keçirilən “Dirçəliş” FK – “City Baku” oyununda “City Baku”nun futbolçusu Rəmzi Məmmədov ciddi qayda pozuntusuna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalandırılıb. “Dirçəliş”in futbolçusu Oruc Məmmədov təcavüzkar davranışa (rəqibi əl ilə vurduğuna) görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalandırılıb.

Həvəskar Liqasının 2-ci turu çərçivəsində keçirilməsi nəzərdə tutulan “Sumqayıt” MU – “Çinar Zəngilan” oyunu ev sahibi “Sumqayıt” MU komandası stadion məsələsini həll edə bilmədiyi üçün baş tutmadığına görə “Sumqayıt” MU komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.

Gənclər Liqasında keçirilən “Səbail” FK – İCBFA oyununda “Səbail”in futbolçusu Amir Qəribov hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 4 oyun cəzalandırılıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right