Dadaşov: “Komandada əhvali-ruhiyyə dəfn mərasiminə bənzəyirdi”

Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşov komandası “Dinamo”nun Almaniya Regionalliqasındakı çıxışını dəyərləndirib.

Newsport.az xəbər verir ki, 32 yaşlı futbolçu son turlardakı ardıcıl uğursuz nəticələrin ardından liderdən uzaq düşmələrini sindromla əlaqələndirib. O, uğursuz çıxışın motivasiyalarına da təsirsiz ötüşmədiyini etiraf edib.

Zədəsini yenicə sağaldan Dadaşov kənarda qaldığı dönəmi də xatırlayıb: “Son oyunların ardından komandada əhvali-ruhiyyə dəfn mərasiminə bənzəyirdi. Çünki autsayderə məğlubiyyət bizim enişimizə yol aça bilərdi. Təəssüf ki, zədə səbəbindən ötən ay 3 matçı buraxdım. Kənardan izləmək heç də xoş deyildi. Əksinə, çox ağırdır. Çünki komanda yoldaşlarınıza kömək edə bilmirsiniz”.

Millimizin sabiq üzvünün fikrincə, mövsümün əvvəllərində daha yaxşı vəziyyətdə idilər: “Biz ilk yarıda daha sərt, aqressiv və yığcam idik. Ola bilsin ki, zədələr komandanı geri salıb. Heyətimiz kifayət qədər yaxşıdı. Amma futbolda belə uğursuzluqlar ola bilər”.

Qeyd edək ki, son 4 oyunun üçündə məğlub olan və yalnız bir qarşılaşmada heç-heçə edən “Dinamo” hazırda 57 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right