“Qəbələ”nin çalışdırıcısı Roman Qriqorçuk Ukrayna millisinin baş məşqçisi təyin olunacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Newsport.az-ın məlumatına görə, bu gün jurnalistlərə açıqlamasında o deyib ki, adətən, belə sualları şərh etmir.
“Bu kluba və rəhbərliyinə hörmətlə yanaşıram. “Qəbələ”ni çox sevirəm və klubda xoşbəxtəm. Hazırda arzum “Qəbələ” ilə daha böyük uğur qazanmaqdır” – deyə o bildirib.