Azərbaycan Premyer Liqasının VIII tura yekun vurulacaq.
Newsport.az-ın məlumatına görə, son oyun günündə daha iki görüş keçiriləcək.
Günün ilk qarşılaşması Lənkəranda baş tutacaq. Burada yerli "Xəzər Lənkəran" AZAL-ı qəbul edəcək. Cari mövsüm uğursuz çıxışı ilə diqqət çəkən komandaların oyunu saat 18:00-da start götürəcək.
Turun son qarşılaşmasında "Sumqayıt" evdə "İnter"lə üz-üzə gələcək. Son turda "Qarabağ"a uduzmaqla turnir cədvəlinin ikinci pilləsindəki mövqeyini itirən "İnter" bu görüşdən qalib ayrılmaqla vəziyyətini yaxşılaşdırmaq niyyətindədir. Lakin əyalət təmsilçisinin yeni baş məşqçisi Samir Abasovun ilk sınağından hansı nəticə ilə ayrılacağı maraqla gözlənilir.
18 oktyabr (bazar)
Azərbaycan Premyer Liqası, 8-ci tur
20:00. “Sumqayıt” – “İnter” - 1:1
Qol: Pərdis Fərcad–Azad, 10 (1:0), Nika Kvekveskiri, 36 (1:1)
Hakimlər: Ömər Paşayev, Vaqif Musayev, Elman Musayev, Nail Nağıyev
Sumqayıt şəhər stadionu.
18:00. “Xəzər Lənkəran” – AZAL - 3:1
Qollar: Kamran Abdullazadə, 19 (1:0), Murad Səttarlı, 33 (1:1), Sadio Tounkara, 65 (2:1), Kamran Abdullazadə, 90 (3:1),
Hakimlər: Elvin Əsgərov, Mehman Mahmudov, Cavanşir Yusifov, Ziya Nəsirov
“Xəzər Lənkəran” mərkəzi stadionu.