"Bütün komandalar "Zirə"yə qarşı tam ciddi hazırlaşır"

“Bilirdik ki, çox çətin olacaq. Hər bir komanda bizə qarşı tam ciddi hazırlaşır. Bütün bunları nəzərə alsaq, mən futbolçularımdan razıyam”.

Newsport.az-ın məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Adil Şükürov “Qarabağ”la oyundan (1:4) sonra keçirdiyi mətbuat konfransında deyib.

O, məğlubiyyəti belə şərh edib: “Oyunçularım əllərindən gələni etdilər ki, matçı bərabərləşdirsinlər. “Qarabağ”la oyunda xal qazanmaq istəyirdik. Əsas məqsəd isə oyun üslubumuzu saxlamaq idi. “Qarabağ” bu gün bizə qarşı eyni sürətdə, eyni tempdə oynadı. Sadəcə, ikinci hissədə biz oyunu öz xeyrimizə dəyişməyə çalışdıq”. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right