"Hesab böyük ola bilərdi" - Roman Qriqorçuk

Azərbaycan Premyer Liqasının VIII turu çərçivəsində "Qəbələ" səfərdə "Neftçi"ni 1-0 hesabı ilə məğlub etdi.

Newsport.az-ın məlumatına görə, oyundan sonra keçirilən mətbuat konfransında əyalət təmsilçisinin baş məşqçisi Roman Qriqorçuk jurnalistlərin sullarını cavablandırıb:

"Mən futbolçulardan çox razıyam. Oyunçular sona qədər oynadılar və inandılar. Mən istənilən hesabla razılaşacaqdım. Tablodakı hesab sənin oyununun nəticəsidir. İlk hissədə çox sayda qol epizodlarımız oldu. Hesab böyük ola bilərdi, amma qollar vura bilmədik. İkinci hissədə bunu bacardıq. Futbolçulara təşəkkür edirəm.

Son vaxtlar adımın Ukrayna yığması ilə hallanmasını oxuyuram. Mənə çoxlu zənglər gəlir. Mənim buna, sadəcə, şərhim yoxdur"

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right