AFFA öz futbolçularını təhqir edən baş məşqçini cəzalandırdı

 AFFA İntizam Komitəsinin bugünkü iclasında aşağı liqalarda keçirilən oyunlardakı qayda pozuntuları ilə bağlı da qərarlar qəbul olunub.

Newsport.az xəbər verir ki, U-12 Liqasında çıxış edən “Arpaçay”ın (Şərur) baş məşqçisi Bilal Nağıyev 3 oyunluq cəzalandırılıb.

Buna səbəb onun UGİM-lə (Culfa) oyununun 27-ci dəqiqəsində öz futbolçularını təhqir etməsidir. Bu hərəkətinə görə baş məşqçi oyun zamanı qırmızı vərəqə ilə də cəzalandırılıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right