Emin Quliyevi Bəhmən Həsənov əvəzlədi

Azərbaycan Premyer Liqasının 8-ci turu çərçivəsində doğma meydanda "Kəpəz"ə məğlubiyyət (0:2) "Rəvan"ın baş məşqçisi Emin Quliyevə baha başa gəlib.

Newsport.az-ın məlumatına görə, matçdan sonra klub rəhbərliyi onu istefaya göndərib.

Artıq "aslanlar"ın yeni baş məşqçisi də bəllidir. Belə ki, vaxtilə dəfələrlə bu komandanı sükanı arxasına gətirilib, istefaya göndərilmiş Bəhmən Həsənov mövsümün sonunadək baş məşqçi təyin olunub.

Qeyd edək ki, "Rəvan" geridə qalan turlarda cəmi 2 xal toplayıb və turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right