Daha iki oyunçuya Azərbaycan Premyer Liqasında oynamaq icazəsi verilib.
Newsport.az-ın məlumatına görə, sifariş.“İnter”dən gəlib. Belə ki, paytaxt klubu müdafiəçilər Ruslan Əmircanovla Laşa Salukvadzeni qeydiyyatdan keçirib. Hər iki futbolçu “Sumqayıt”a qarşı matçda iştirak edə bilərlər. Əmircanov 12, Salukvadze 6 nömrəli futbolka geyinəcək.