Premyer Liqada yeni azarkeş rekordu

Futbol üzrə Azərbaycan Premyer Liqasında tamaşaçı sayında yeni rekord qeydə alınıb. XXXII turun “Sumqayıt” – “Qarabağ” matçını 9300 azarkeş izləyib.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda qeydə alınan bu göstərici 2023/2024 mövsümünün yeni rekordudur. Daha əvvəl bu arenada gerçəkləşən XXI turun “Sumqayıt” – “Neftçi” qarşılaşmasında 8100 tamaşaçı olub.

Qeyd edək ki, “Sumqayıt” – “Qarabağ” görüşü “gənclik şəhəri” təmsilçisinin qələbəsi ilə bitib – 1:0.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right