Emin Quliyevi istefaya göndərildi

Azərbaycan Premyer Liqasında növbəti məşqçi istefası reallaşıb.
 
Newsport.az saytının məlumatına görə, "Rəvan” baş məşqçisi Emin Quliyevi istefaya göndərib.

 Yenidən Premyer Liqaya qayıtdıqdan sonra gözlənilən nəticəni heç cür əldə edə bilməyən paytaxt klubu "zirzəmi"dən qurtula bilmir. "Aslanlar” ardıcıl 5 məğlubiyyətlə son sıradan bərk-bərk yapışıb. Sonuncu turun dünən keçirilən açılış oyunundakı "Kəpəz” məğlubiyyəti isə gənc müətəxəssis üçün son olub.
 
Oyundan sonra məşqçiləri əlcək kimi dəyişməyə adət etmiş "Rəvan” rəhbərliyi adəti üzrə toplantı keçirirək Quliyevlə yolların ayrılmasına qərar verib. Çox güman, sabah bu barədə klubdan rəsmi məlumat veriləcək. 
 
Qeyd edək ki, bu, cari mövsüm Premyer Liqada ikinci məşqçi istefasıdır. Daha öncə Aqil Məmmədov "Sumqayıt”dan öz istəyi ilə getmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right