Rusiya mətbuatı Lunyovun "Qarabağ" seçiminin uğurlu olduğunun üç səbəbini açıqladı

Rusiya mətbuatı yerli futbolçuların xaricdəki uğurlu mövsüm keçirmələri barədə yazı hazırlayıb və Andrey Lunyovun “Qarabağ”dakı çıxışını da diqqət çəkiblər.

Newsport.az xəbər verir ki, “Известия” Ağdam klubunun qolkiperinin "Qarabağ"ı seçməklə doğru addım atdığını üç səbəblə aydınlaşdırıb: 

"Zenit”in keçmiş qapıçısı əminliklə “Qarabağ”dakı mövsümü aktiv hesab edə bilər. Bunun ən azı üç səbəbi var. Birincisi, Lunyov “Qarabağ”la birlikdə vaxtından əvvəl çempionatın başa çatmasına səkkiz tur qalmış Azərbaycan çempionu oldu. Ağdam təmsilçisi Avropa Liqasında da səs-küy gətirdi. Qurban Qurbanovun komandası qrup mərhələsini inamla keçərək 1/8 finalda məğlubedilməz “Bayer”in müqavimətini az qala qıracaqd (2:2, 2:3). Almanlar yalnız əsas vaxtda Patrik Şikin dublu sayəsində qələbə qazana bildi. Andrey uzun müddətdən sonra ilk dəfə Rusiya millisinə, Serbiya və Paraqvayla yoldaşlıq oyunları üçün dəvət edildi. Onun "Qarabağ"la müqaviləsi 2024-cü il iyunun 30-na kimi qüvvədədir və onun bu mövsümdəki çıxışını nəzərə alaraq, Azərbaycan klubunun rəhbərliyi onu yalnız futbolla bağlı olmayan hansısa səbəbdən müqaviləni yeniləməyə bilər Yoxsa, o, mövsümü çox yaxşı keçirib".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right