"Kəpəz"in elitada qalacağını artıq tam olaraq rəsmiləşdirmək istəyirik"

"Kəpəz" bu gün Azərbaycan çempionatının 32-ci turu çərçivəsində "Qəbələ" ilə qarşılaşacaq. 

Newsport.az xəbər verir ki, bu gün keçiriləcək görüşün nəticəsinə əsasən Gəncə təmsilçisi Premyer Liqadakı yerini təmin edə bilər.

"Kəpəz"in baş məşqçisi Adil Şükürov matçla bağlı bunları deyib: "Həqiqətən də qarşıdakı matç mövsümün oyunu ola biləcək bir qarşılaşmadır. Bizim üçün çox vacibdir ki, “Qəbələ”yə qarşı gücümüzü göstərək və üstünlüyümüzü möhkəmləndirək. Öz oyunumuzu fikirləşməliyik və komandanın elitada qalacağını artıq tam olaraq rəsmiləşdirmək istəyirik. Amma bu da asan olmayacaq, bizi çətin görüş gözləyir. “Qəbələ” bu oyuna köklənib və sırf “Kəpəz”lə matçı gözləyirlər. Hər bir xal çox dəyərlidir, qızıla bərabərdir. Yəni biz ora bir xal üçün yox, üç xal üçün gedəcəyik. Həm öz oyunumuzu nümayiş etdirməliyik, həm də bizə lazım olan nəticəni qazanmalıyıq".

Qeyd edək ki, "Kəpəz" 31 xalla 9-cu, "Qəbələ" 17 xalla sonuncudur. Bu gün keçiriləcək "Qəbələ" - "Kəpəz" görüşünə 15:30-da start veriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right