Məşhur hücumçu İspaniya klubundan ayrılacaq

"Rayo Valyekano"nun hücumçusu Radamel Falkao gələcəyi ilə bağlı qərar verib.

Newsport.az xəbər verir ki, kolumbiyalı forvard mövsümün sonunda La Liqa təmsilçisini tərk edəcək. Bu barədə yerli mətbuat məlumat yayıb.

38 yaşlı futbolçu klubla mövsümün sonunda başa çatan müqaviləsinin müddətini uzatmayacaq.

Qeyd edək ki, Radamel Falkao 2021-ci ildə "Qalatasaray"dan "Rayo Valekano"ya keçib. Təcrübəli futbolçu komandanın heyətində meydana çıxdığı 76 rəsmi matçda 12 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right