Nəcəfov:"Qriqorçukun bizi fakt qarşısında qoyacağını düşünmürəm"

Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov komandanın baş məşqçisi Roman Qriqorçukun Ukrayna yığmasına mümkün gedişinə münasibət bildirib.

Newsport.az-ın məlumatına görə, o, bunları söyləyib:

"Bizə rəsmi olaraq heç kim müraciət etməyib. Heç Qriqorçuk özü də bizə heç nə deməyib. Mən də sizin kimi, bu barədə mətbuatdan oxumuşam. Hələ bu xəbərdən öncə Qriqorçukla söhbətimiz olmuşdu və o, Ukrayna yığmasına mümkün gedişini inkar etmişdi. Onun bizi fakt qarşısında qoyacağını düşünmürəm. Çünki Qriqorçuk kifayət qədər peşəkar insandır".

Azerisport.az





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right