"Neftçi"nin titul sponsoru bəlli oldu

"Neftçi"nin yeni titul sponsoru müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, bu gün "Neftçi" PFK və "ASAN Xidmət" arasında buna dair əmakdaşlıq haqqında müqavilə imzalanıb.

Bakı Biznes Mərkəzində baş tutan tədbirdə klub tərəfindən müqaviləni icraçı direktor Elnur Məmmədov, "ASAN Xidmət" tərəfindən isə qurumun sədr müavini Ulvi Mehdiyev imzalayıb. Müqaviləyə əsasən, "ASAN Xidmət" "Neftçi"nin əsas komandasının titul sponsoru olacaq.

Qeyd edək ki, "ağ-qaralar" artıq sabah baş tutacaq "Qəbələ" ilə Azərbaycan Premyer Liqasının 8-ci tur matçından etibarən yeni titul sponsorunun loqosu olan formalarla meydana çıxacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right