“Qəbələ” “Zirə” önünə itkilərlə çıxacaq

“Qəbələ” Azərbaycan Kubokunun yarımfinal mərhələsində bu gün “Zirə” ilə qarşılaşacaq. Newsport.az xəbər verir ki, “qırmızı-qaralar” ev oyununa ideal heyətlə çıxa bilməyəcək.
 
Belə ki, 2 futbolçu baş məşqçi Kaxaber Sxadadzenin ixtiyarında olmayacaq. Bunlar Ülvi İsgəndərov və Samuel Tettehdi. Zədə səbəbindən son məşqlərdə iştirak etməyən adıçəkilən oyunçular bugünkü görüşü buraxacaq.
 
Qeyd edək ki, Qəbələ şəhər stadionunda baş tutacaq “Qəbələ” - “Zirə” qarşılaşması saat 17:00-da başlayacaq. Komandaların ilk duelində bakılılar 2:1 hesablı qələbə qazanıb.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right