Şeydayevdən narazılıq var: “Zərbələri bu liqada oynayan bir futbolçuya yaraşmır”

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin formasını geyindiyi “Kocaelispor” bu gün TFF I Liqanın 31-ci tur oyununa çıxacaq.

Newsport.az xəbər verir ki, “Umraniyespor”un qonağı olacaq Kocaeli təmsilçisində hücum xətti narahatlıq doğurur. Yerli mətbuat xüsusən də, Şeydayev və gürcüstanlı forvard Giorgi Beridzenin performansının aşağı olduğunu qabardıb.

Bildirilir ki, adıçəkilən oyunçuların “dişsiz” çıxışı komandaya baha başa gəlir: “Kocaelispor” çox olmasa da, bir neçə qol imkanları yarada bilir. Lakin bunu nəticəyə əks etdirə bilmir. Həm Ramil, həm də Beridze tempə ayaq uydursalar da, son zərbələri çox pisdir. Xüsusilə Şeydayevin zərbələri bu liqada oynayan bir futbolçuya yaraşmır”.

Qeyd edək ki, “Umraniyespor” – “Kocaelispor” oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. “Kocaelispor” hazırda 52 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right