Millimiz FİFA-nın növbəti reytinq cədvəlində geriləməsi gözlənilir.
Newsport.az-ın məlumatına görə, AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində İtaliya (1:3) və Bolqarıstanla (0:2) oyunlardakı məğlubiyyət millimizə baha başa gələcək. Belə ki, komandamızın 12 pillə geriləyərək 117-ci olması proqnozlaşdırılır. Komandamızın hesabında 293 reytinq xalı olacaq. Millimiz hazırda 328 xalla 105-ci sıradadır.