“Yurqorden”in idman direktoru: “Qurbanlı ayrılmaq istədiyini bizə deməyib”

İsveçin “Yurqorden” klubunun idman direktoru Bosse Andersson azərbaycanlı futbolçuları Musa Qurbanlının komandadakı durumundan bəhs edib.

Newsport.az xəbər verir ki, isveçli mütəxəssis yerli mətbuata açıqlamasında 22 yaşlı hücumçunun “Qarabağ”a dönəcəyi ilə bağlı yayılan məlumata münasibət bildirib.

O, gənc forvardla bağlı belə bir planlarının olmadığını deyib: “Hazırda “transfer pəncərəsi” bağlıdır. Müzakirələrimiz yoxdur, amma Azərbaycanda onu izləyən çoxlu media var. Musa ayrılmaq istədiyini bizə deməyib. Onunla yaxşı dialoqumuz var. Təbii ki, bir futbolçu kimi oynamasan, məyus olursan. Musa da matçlarda iştirak etmədiyi üçün məyusdur”.

Qeyd edək ki, “Yurqorden”ə ötən ilin yayında “Qarabağ”dan keçən Musa Qurbanlının İsveç klubu ilə müqavilə müddəti 2026-cı ilin yayına qədərdir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right