“Kəpəz” “Rəvan”a qalib gəldi YENİLƏNİB

Bu gün Azərbaycan Premyer Liqasının VIII turun oyunlarına start veriləcək.

Newsport.az-ın məlumatına görə, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.

Turun açılış matçında "Rəvan" və "Kəpəz" komandaları üz-üzə gələcək. Turnir cədvəlinin son pilləsində qərarlaşan "Rəvan" bu oyundan qalib ayrılmaqla cari mövsümdə ilk qələəsini qazanmağa çalışacaq .

Lakin xal ehtiyatını artırmaq niyyətində olan "Kəpəz"in buna nə dərəcədə imkan verəcəyi maraqla gözlənilir. "Bayıl Arena"da keçiriləcək oyun saat 20:30-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında 8-ci tura bazar günü keçiriləcək iki oyunla yekun vurulacaq.


 


16 oktyabr (cümə)

Azərbaycan Premyer Liqası, 8-ci tur

20:30. “Rəvan” – “Kəpəz” - 0:2
Qollar: 
Julien Ebah, 48 (0:1), Junior Osvaldo, 52 (0:2)
Qırmızı vərəqə: Kənan Manafov, 59, Novruz Məmmədov, 87 Orxan Lalayev, 90 (hər üçü "Rəvan") 
Hakimlər: Orxan Məmmədov, Yaşar Abbasov, Mübariz Haşımov, Munis Abdullayev
“Bayıl Arena”.

17 oktyabr (şənbə)

15:30. “Neftçi” – “Qəbələ”
Hakimlər:
 Rəhim Həsənov, Namiq Hüseynov, Akif Əmirəli, Rəvan Həmzəzadə  
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu

18:00. “Qarabağ” – “Zirə”
Hakimlər:
 Ramil Diniyev, Azər Əsgərov, Nahid Əliyev, Ramil Əhmədov
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu.

 

18 oktyabr (bazar)

18:00. “Xəzər Lənkəran” – AZAL
Hakimlər:
 Elvin Əsgərov, Mehman Mahmudov, Cavanşir Yusifov, Ziya Nəsirov
“Xəzər Lənkəran” mərkəzi stadionu.

20:00. “Sumqayıt” – “İnter”
Hakimlər:
 Ömər Paşayev, Vaqif Musayev, Elman Musayev, Nail Nağıyev
Sumqayıt şəhər stadionu.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right