"Zirə" "Qarabağ"la oyun öncəsi iki itki ilə üzləşib.
Newsport.az-ın məlumatına görə, "Zirə"nin iki üzvü - Adil Nağıyev və Tellur Mütəllibov U-21 millimizin düşərgəsindən zədəli qayıdıb.
Klubun mətbuat xidmətindən saytımıza bildirilib ki, hər iki futbolçu "Qarabağ"la oyunda meydana çıxa bilməyəcək.
Qeyd edək ki, oktyabrın 17-də keçiriləcək "Qarabağ" - "Zirə" oyunu saat 18:00-da başlayacaq.