Orxan Məmmədov vacib oyundan əvvəl "Zirə"ni ziyarət etdi

Azərbaycan Premyer Liqasının 31-ci turunda “Neftçi”ni qəbul edəcək “Zirə”nin oyunöncəsi son məşqini klub rəbərliyi də izləyib.

Newsport.az paytaxt təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, klubun idarə heyətinin sədri Orxan Məmmədov, prezidenti Taleh Nəsibov və digər rəhbər şəxslər məşqdən əvvəl komanda üzvləri ilə görüşüb, daha sonra isə hazırlığı izləyiblər. 

Qeyd edək ki, bu gün keçiriləcək "Zirə" - "Neftçi" oyunu ikincilik uğrunda mübarizə baxımından hər iki komanda üçün vacibdir. Hazırda 4-cü pillədə qərarlaşan "Zirə" qalib gəlsə, 2-ci yerə yüksələcək. 3-cü yerdə olan "Neftçi" isə heç-heçə etməklə də 2-ci pilləni ələ keçirə bilər. Oyun saat 19:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right