"Qəbələ" "Qarabağ"la oyuna itkilərlə çıxacaq

“Qəbələ” Azərbaycan Premyer Liqasının XXXI turunun “Qarabağ”la səfərdə keçiriləcək oyununun hazırlıq prosesini başa vurub.

Newsport.az xəbər verir ki, iki futbolçu komandanın məşqinə qatılmayıb. Ülvi İsgəndərov və Klesio Bauk zədə səbəbindən hazırlıq prosesində iştirak etməyiblər.

Qeyd edək ki, aprelin 20-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq “Qarabağ” – “Qəbələ” qarşılaşması saat 16:30-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right