Rauf Əliyevi əməliyyat gözləyir

Azərbaycan yığmasının və "İnter"in hücumçusu Rauf Əliyev oktyabrın 20-də Almaniyaya yollanacaq.

Newsport.az-ın məlumatına görə, onu bu ölkədə cərrahiyyə əməliyyatı gözləyir.

Hücumçu Almaniya səfərinin növbəti günü Münhendəki klinikalardan birində cərrah masası üzərinə uzanacaq. Əliyev təxminən 10 gün bu şəhərdə qalıb, reabilitasiya kursu keçəcək.

Qeyd edək ki, Rauf Topaz Premyer Liqasının 4-cü turu çərçivəsində keçirilmiş "Qəbələ" ilə oyunun sonlarında zədələnmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right