Millimiz İnkişaf turnirində iştirak edəcək

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi aprelin 22-dən 28-dək Belarusun paytaxtı Minskdə təşkil olunacaq İnkişaf turnirində iştirak edəcək.

Newsport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, U-17 Belarus, Özbəkistan və Tacikistan yığmaları ilə qarşılaşacaq.

İlham Yadullayevin baş məşqçisi olduğu kollektiv aprelin 23-də Belarus, 25-də Özbəkistan, 28-də isə Tacikistanla üz-üzə gələcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right