“Səbail”in futbolçusu Adi Mehremiç cəzalandırılıb. Newsport.az xəbər verir ki, AFFA İntizam Komitəsi onunla bağlı qərarı açıqlayıb.
Premyer Liqanın XXX turunda “Kəpəz”lə qarşılaşmanın 90+3-cü dəqiqəsində hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alan oyunçuya 2-si şərti olmaqla 4 oyunluq cəza verilib. Bu hərəkət balılıları 3000 xərcə salıb.
Legionerə sınaq müddəti 3 ay təyin olunub.