UEFA-nın rəsmi saytı Rəşad Sadıqovdan yazdı

UEFA-nın rəsmi saytı AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində meydanda daha çox vaxt keçirən futbolçuların siyahısını açıqlayıb.

Newsport.az-ın məlumatına görə, 21 futbolçudan ibarət siyahıya Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov da daxil edilib.

"Qarabağ"ın şərəfini qoruyan təcrübəli müdafiəçi "H" qrupu çərçivəsindəki 10 oyununda hamısında iştirak edib və onların heç birində əvəzlənməyib. Bir sözlə, Sadıqov 900 dəqiqə meydanda olub.

Qeyd edək ki, siyahıya ancaq meydan oyunçuları daxil edilib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right