"Qarabağ”ın futbolçusu Reynaldonun zədələınməsi haqqında məlumatı diqqətinizə çatdırmışdıq.
Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov əməkdaşımızla söhbətində "sambaçı”nın bir müddət komandaya kömək edə bilməyəcəyini təsdiqləyib.
Avropa Liqasının qrup mərhələsində "Anderlext”lə qarşılaşmada zədə alan Reynaldonun mövsümü başa vurduğu bildirilir.
Lakin İbrahimov Reynaldonun durumuna bu gün tam aydınlıq gələcəyini bildirib: "Reynaldonun dizində su yığılması aşkarlanıb. Futbolçunun MRT müayinəsinin nəticəsi Almaniyaya göndərilib. Bu gün axşama cavablar gəlməlidi. Yalnız bundan sonra Reynaldonun hansı müddətə sıradan çıxdığı bilinəcək.”
Qeyd edək ki, millimizin heyətində zədə alan Maksim Medvedev də, 2-3 həftə komandaya kömək edə bilməyəcək.