"Zirə" sabiq futbolçusunun vəfatı ilə bağlı başsağlığı verib

"Zirə" sabiq futbolçusu Jozef Bumun vəfatı ilə bağlı başsağlığı yayıb.

Newsport.az xəbər verir ki, klubun yaydığı başsağlığı mətnində deyilir: “Zirə” PFK sabiq futbolçusu Jozef Bumun vaxtsız vəfatından kədərləndiyini bildirir, mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verir və səbir diləyir. Allah rəhmət eləsin!"

35 yaşında dünyasını dəyişən kamerunlu müdafiəçinin ölüm səbəbi barədə məlumat yoxdur. 

Qeyd edək ki, Jozef Bum 2017/2018-ci illər mövsümündə “Zirə”nin formasını geyinib. O, Kamerun klubları ilə yanaşı Türkiyədə "Mersin İdmanyurdu" və "Antalyaspor"da da çıxış edib.

Jozem Bum "Zirə"dən ayrıldıqdan sonra heç bir klubda oynamayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right