"Sabah" "Qarabağ"ın 2 uğurlu seriyasını qırdı

“Sabah” Azərbaycan çempionu “Qarabağ”ın 7 oyunluq qələbə və 18 matçlıq məğlubiyyətsizlik seriyalarını qırıb.

Newsport.az PFL-in saytına istinadən xəbər verir ki, Ağdam klubunun Misli Premyer Liqasında qələbə qazanmadığı son görüş də eyni rəqiblə duelə təsadüf etmişdi.

“Sabah” hər iki qarşılaşmada Ağdam klubunun qapısına 3 qol vurub. 22-ci turda 3:3 hesablı heç-heçə ilə kifayətlənən paytaxt klubunun futbolçuları 30-cu turda qalib gəliblər – 3:2.

“Sabah” Azərbaycan çempionatlarının 32 illik tarixində “Qarabağ”a ardıcıl iki oyunda 3 və ya daha çox qol vuran 3-cü komanda olub. Bunadək 3 belə hadisə yaşanıb. İki dəfə “Kəpəz”, bir dəfə “Şəmkir” “Qarabağ”la ardıcıl matçlarda məhsuldarlıq göstərib.

Gəncə klubu 1994-cü ildə iki dəfə 4:1 hesablı qələbə qazanıb. 1998-ci ildə isə bu nəticələr fərqli olub – 3:2 və 3:0. “Kəpəz”in eyni ilə təsadüf edən qələbələri iki fərqli mövsümdə qeydə alınıb. “Şəmkir” isə eyni - 2001/02 mövsümündə, 2001-ci ilin sonlarında iki dəfə “Qarabağ”a üç və ya daha çox qol vurub – 5:1 və 3:1.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right