2015/2016-cı il mövsümündə UEFA Avropa Liqası turnirinin qrup mərhələsinə yüksəlmiş “Qarabağ” və “Qəbələ” klublarının hər biri üçün UEFA tərəfindən 2 400 000.00 (iki milyon dörd yüz min) avro vəsait ayrılıb.
Newsport.az-ın məlumatına görə, UEFA-dan AFFA-ya daxil olan həmin vəsait dərhal müvafiq qaydada hər iki klubun hesabına köçürülüb.