Millimizin üzvü oynadı, komandası qalib gəldi

Ukrayna Premyer Liqasında 24-cü turunun oyunları keçirilir.

Newsport.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Emil Mustafayevin formasını geyindiyi “Polesye” də növbəti görüşünü keçirib. Komanda evdə “Kolos”u qəbul edib. Matç Emilin komandasının 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu isə Vyaçeslav Tankovski vurub.

Mustafayev də bu görüşdə iştirak edib. O, meydana start heyətdə çıxıb və sona qədər oynayıb.

Qeyd edək ki, hazırda “Polesye” turnir cədvəlində 39 xalla 6-cı pillədədir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right