Azərbaycan millisinin baş məşqçisi məğlubiyyəti şərh etdi: "Bizdən üstün oynadılar"

Dünən beynəlxalq yoldaşlıq oyununda Gürcüstan yığması ilə qarşılaşan Azərbaycan millisi 2:3 hesabı ilə yenilib.

Newsport.az xəbər verir ki, matçla bağlı komandamızın baş məşqçisi Vitali Borisov azfutzal.az-a bunları deyib:

"Bilirsiniz ki, milli komandanı yenidən formalaşdırırıq. Budəfki heyətimiz demək olar, sırf Azərbaycan çempionatında çıxış edən futzalçılardan ibarətdir. Bu görüş 2024-cü ildə ilk beynəlxalq oyunumuz idi. Uşaqlardan razı qaldım. Sona qədər mübarizə apardılar. Rəqibimiz olan Gürcüstan millisi də zəif komanda deyil. Bu gün bizdən üstün oynadılar.Narazı qaldığım məqam iki qolu standart vəziyyətdən buraxmağımızla bağlıdır. Bu da bir yerdə çox işləməməyimizin nəticəsidir. Bu cür oyunları çox keçirməliyik ki, uşaqlar inkişaf etsinlər".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right