Azərbaycan millisi Gürcüstana uduzdu

Azərbaycan milli komandası beynəlxalq yoldaşlıq oyunu keçirib.

Newsport.az xəbər verir ki, komanda Tbilisi İdman Sarayında Gürcüstan yığması ilə qarşılaşıb. Oyun 3:2 hesabı ilə rəqib komandanın xeyrinə başa çatıb. Qarşılaşmada hesabı meydan sahibləri açıb. Ardınca Novruz Kazıxanov Ülvi Əliyevin qapıya paralel ötürməsini qolla tamamlayıb. Lakin fasiləyə qədər Gürcüstan yığması daha bir qol vurub. İkinci hissədə rəqib fərqi iki topa çatdırsa da, 32-ci dəqiqədə Əmir Şojaeinin yaratdığı epizodu Xəzər Ağalızadə qolla tamamlayıb. 

Bu komandalar arasında növbəti oyun 2 gün sonra – aprelin 16-da, saat 19:00-da Tbilisi İdman Sarayında keçiriləcək.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right