Bu gün keçirilən 3 oyunla Azərbaycan kubokunda 1/16 final mərhələsinə yekun vurulub.
Newsport.az-ın məlumatına görə, bu görüşlərdən sonra 1/8 finalın bütün cütlükləri müəyyənləşib.
1/16 final mərhələsində "Şahdağ"ı mübarizədən kənarlaşdıran "Şəmkir" 1/8 finalda "Qarabağ"la, MOİK-i keçən "Turan Tovuz" isə "İnter"lə qarşılaşacaq.
Penaltilər seriyasında "Şərurspor"u üstələyən (5:4) "Qaradağ Lökbatan" klubu 1/8 finala "Neftçi"yə rəqib olub.
Azərbaycan kubokunun 1/8 finalında aşağıdakı qarşılaşmalar keçiriləcək.
2 dekabr
1/8 final mərhələsi
“Turan-Tovuz” - “Inter”
“Rəvan” - “Bakı”
"Qarabağ" - “Şəmkir”
AZAL - “Zirə”
“Sumqayıt” - “Neftçala”
“Neftçi” - “Qaradağ Lökbatan”
“Xəzər Lənkəran” - “Kəpəz”
“Qəbələ” - “Mil-Muğan”