"Qəbəblə" "Neftçi" ilə oyuna hazırlaşır

“Qəbələ” Azərbaycan Premyer Liqasının 8-ci turunun “Neftçi” ilə qarşılaşmasının hazırlıqlarını bərpa edib.

Newsport.az-ın məlumatına görə, “qırmızı-qaralar” Qəbələdə bir araya gəliblər.

Oktyabrın 11-də baş tutan “Qarabağ”la yoxlama oyununun (2:1) ertəsi məşq edib, sonra istirahətə buraxılan komanda hazırlıqlarını yenidən başlayıb. Qəbələ şəhər stadionundakı məşqə fiziki hazırlıqla başlayan Roman Qriqorçukun yetirmələri ardınca toplu çalışmalara üstünlük verib. Məşqdə milli komandaların düşərgəsinə yollanan futbolçular iştirak etsə də, zədəli Rafael Santos iştirak etməyib.

Xatırladaq ki, 8-ci turun “Neftçi” ilə oyunu oktyabrın 17-də Bakıda keçiriləcək. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda baş tutacaq matç saat 15:30-da başlayacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right