"Qarabağ" millimizin üzvünə yeni müqavilə təklif edəcək

Abbas Hüseynov Qurban Qurbanovu yaxşı mənada təəccübləndirib.

Newsport.az-ın məlumatına görə, ağır zədədən qayıdan cinah müdafiəçisi performansı ilə diqqət çəkib.

Oyundan-oyuna keçmiş formasını bərpa edən 28 yaşlı futbolçu Qurbanovun planlarında öz yerini qorumağı bacarıb.

Yayda icarəyə göndəriləcəyi gözlənilsə də, millimizin üzvünün heyətində yer alacaq.

Ona görə də, Hüseynovla mövsümü başa çatdıqdan sonra yeni müqavilə imzalanacaq. 2017-ci ilin iyun ayından "Qarabağ"da çıxış edən Abbasın müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right