"Sabah" Azərbaycan Premyer Liqasının 30-cu turunun “Qarabağ”a qarşı keçirəcəyi oyununu 4 futbolçusu buraxacaq.
Newsport.az-ın məlumatına görə, mövsümü erkən başa vuran zədəli Kristian Seballos, Namik Alekskerov və Vinsent Tillə yanaşı, vərəqə cəzalısı Ayaz Quliyev də sarı vərəqələrin çox olması səbəbindən matçı buraxacaq.
"Sabah" - "Qarabağ" oyunu aprelin 14-də “Bank Republika Arena” stadionunda keçiriləcək və saat 19:00-da başlayacaq.
"Sabah" 40 xalla hazırda turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.