Azərbaycan yığmasının yarımmüdafiəçisi Əfran İsmayılov AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Bolqarıstana qarşı keçirilmiş səfər oyununu şərh edib.
Newsport.az-ın məlumatına görə, o, 0:2 hesabıyla bitən görüşdən sonra bunları söyləyib:
"Birinci hissəni zəif keçirdik. İkinci yarıda isə bir qədər artırdıq. Amma təəssüf ki, bu, uğur qazanmaq üçün yetərli olmadı. Ən azı bir xal qazanmaq istəyirdik. Təəssüf ki, seçmə mərhələni məğlubiyyətlə başa vurduq".