"Turan Tovuz" "Qəbələ" ilə matça ciddi itkilərlə çıxacaq

"Turan Tovuz" Azərbaycan Premyer Liqasının 30-cu turunda səfərdə "Qəbələ" ilə qarşılaşacaq.

Newsport.az-ın məlumatına görə, qərb bölgəsi təmsilçisi oyuna ciddi itkilərlə çıxacaq.

Müdafiəçi Roderik Millerlə yarımmüdafiəçi Veysəl Rzayev zədəlidir. Digər yarımmüdafiəçi Alexandro Serrani isə cəzalı durumdadır. İspan futbolçu 4-cü sarı vərəqə gördüyü üçün Qəbələdə komandasına kömək edə bilməyəcək.

Digər zədəli futbolçulardan Ayxan Quseynov artıq komanda ilə məşqlərə başlayıb. Fərid Yusiflinin oynayıb-oynamayacağı isə matç günü bəlli olacaq.

Qeyd edək ki. "Qəbələ" - "Turan Tovuz" qarşılaşması 13 aprel tarixində saat 16:30-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right