"Qarabağ”ın qolkiperi, Gürcüstan millisinin heyətində Avropa çempionatının final mərhələsində çıxış edəcək Luka Quqeşaşvili komandasını dəyişə bilər.
Newsport.az-ın məlumatına görə, Ağdam klubunda əsas heyətə düşməkdə çətinlik çəkən gürcü qapıçı daha çox oynamaq üçün onunla maraqlanan komandaların variantını götür-qoy etmək istəyir.
Məlumata görə, Quqeşaşvilinin xidmətində maraqlı olan əsas komandalardan biri Batuminin “Dinamo” klubudur. Gürcüstan çempionu yayda Quqeşaşvili icarəyə götürməyi planlaşdırır.
24 yaşlı futbolçunun “Qarabağ”la müqaviləsi 2025-ci il iyunun 30-na qədərdir. Luka özü də, daha çox oynamaq niyyətindədir. Gürcüstan millisinin üzvü “Dinamo”(Tbilisi), “Yagelloniya”, “Dila”, “Rekre Qranada” komandalarında oynadıqdan sonra 2022-ci il iyulun 1-də “Qarabağ”a keçib.