“Qarabağ”ın futbolçusu Ansi Aqolli Albaniya milli komandasının “Avro-2016”nın seçmə mərhələsinin son oyununda guya Ermənistan komandasının bəzi oyunçularını pulla satın almalarına dair iddialara münasibət bildirib.
Newsport.az-ın məlumatına görə, o, bu məsələyə dair Serbiya mətbuatının yaydığı xəbərləri haqda danışıb. A.Aqolli deyib ki, Serbiya mətbuatının yazdıqları Albaniya millisinin təmiz uğura kölgə salmaqdan başqa bir şey deyil.
“Mənim Serbiya mətbatının bu gülünc iddialarına ayırmağa vaxtım yoxdur. Elə həmin Serbiya mətbuatı daha öncə bildirirdi ki, Belqradda Albaniya ilə oyunda heç bir hadisə baş verməyəcək. Amma mənfi hadisə baş verdi, fair-play qaydaları pozuldu. Amma onlar hələ də bildirirlər ki, Serbiyada bizə qarşı hansısa təzyiq filan olmayıb” – deyə A.Aqolli bildirib.
qol.az