“Beşiktaş” rəsmisi: “Juninyo ilə bağlı hər hansı müzakirə olmadı”

“Beşiktaş”ın İdarə Heyətinin üzvü Feyyaz Uçar “Qarabağ”ın hücumçusu Olavio Juninyonun İstanbul klubuna keçəcəyi ilə bağlı xəbərə münasibət bildirib.

Newsport.az xəbər verir ki, futbolinfo.az-a açıqlamasında klub rəsmisi bu mövzunun gündəmdə olmadığını bildirib: “Klubun Transfer Komitəsində Juninyo ilə bağlı hər hansı müzakirə olmadı”.

Qeyd edək ki, Türkiyə mətbuatı “Beşiktaş”ın Juninyo üçün artıq “Qarabağ”a müraciət etdiyini yazıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right