Millimiz Bakıda İsveçrəyə İsveçrəyə böyük hesabla uduzdu Yenilənib

Bu gün qadınlardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.

Newsport.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçilik etdiyi komanda evdə İsveçrə ilə qarşılaşıb. Oyun qonaqların 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu nəticədən sonra İsveçrə 6 xalla lider, Azərbaycan millisi 1 xalla 2-cidir.

Qeyd edək ki,  B Liqasının 1-ci qrupunda mübarizə aparan Azərbaycan millisi ilk matçında səfərdə Macarıstanla 1:1 hesablı heç-heçə edib. İsveçrə isə Türkiyəni 3:1 hesabı ilə üstələyib.

16:00. Azərbaycan - İsveçrə - 0:4

Qollar: Vallotto, 11-pen, Buhler, 20,  Pilqrim, 51, Rizen, 54

Baş hakim: Alina Peşudur (Rumıniya).

Bakı, "Liv Bona Dea" stadionu 

Qrupun digər oyunu

21:00 Türkiyə – Macarıstan





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right