Azərbaycan yığmasının müdafiəçisi Maksim Medvedev AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Bolqarıstana qarşı keçirilmiş səfər oyununda zədələnib.
Newsport.az-ın məlumatına görə, komandamızın 0:2 hesablı məğlubiyyətlə üzləşdiyi qarşılaşmanın 62-ci dəqiqəsində sıradan çıxan futbolçu əvəzlənmək məcburiyyətində qalmışdı.
Medvedevin bu zədəsinin ciddi olduğu ethimal edilir. Belə ki, ilkin məlumatlara görə, "Qarabağ"ın şərəfini qoruyan futbolçu ən azı iki həftə meydana çıxa bilməyəcək.
"Qarabağ"ın digər aparıcı üzvü Reynaldonun da sıradan çıxdıqını xəbər vermişdik.Onun da iki həftə yaşıl meydanlardan kənarda qalacaqı bildirilir.
Qeyd edək ki, "Qarabağ"ı oktybrın 17-də Azərbaycan Premyer Liqasında "Zirə" ilə ev, oktyabrın 22-də isə Avropa Liqasında Fransa "Monako"su ilə səfər oyunu gözləyir.