Azərbaycan yığmasının müdafiəçisi Maksim Medvedev AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Bolqarıstana qarşı keçirilmiş səfər oyununu şərh edib.
Newsport.az-ın məlumatına görə, o, 0:2 hesabıyla bitən görüşdən sonra bunları söyləyib:
"Oyundan öncə də bildirmişdik ki, yaxşı futbol sərgiləyib, qələbə qazanmaq istəyirik. Bəlkə də komandamız çox istəkli olduğu üçün "yandı". Düzdür, heyətdə dəyişikliklər var idi və bu üzdən müəyyən anlaşılmazlıqlar yaranırdı. Nəticədə də qapımızda iki qol gördük".
Azerisport.az