"Qarabağ", "İnter" və "Neftçi"nin kubokdakı rəqibləri müəyyənləşdi YENİLƏNİB

Bu gün Azərbaycan kubokunda 1/16 final mərhələsinin oyunlarına start veriləcək.

Newsport.az-ın məlumatına görə, bu mərhələnin hər üç oyunu eyni gündə baş tutacaq.

Birinci divizion təmsilçilərinin iştirakı ilə keçiriləcək 1/16 final mərhələsində cütün taleyi bir oyundan ibarət olacaq. Bu gün qələbə qazanacaq komanda 1/8 finala yüksələcək.

Qeyd edək ki, MOİK – “Turan Tovuz” cütünün qalibi növbəti mərhələdə "İnter", “Şahdağ” - “Şəmkir” cütünün qalibi "Qarabağ"la, “Şərurspor” - “Qaradağ-Lökbatan” cütünün qalibi isə "Neftçi" ilə qarşılaşacaq.

 

 

14 oktyabr

Azərbaycan kuboku, 1/16 final

14:00. MOİK – “Turan Tovuz” - 1:2 
Qol: 
Vüsal Qarayev, 53, Rəfail Qəvami, 63 (1:1), Tuqay Alhüseyni, 110 (1:2)
Hakimlər: Əmrah İbrahimov, Rahil Ramazanov, Vüsal Qənbərov, Alik Yunusov 
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.

14:00. “Şahdağ” – “Şəmkir”  - 1:3 
Qol: 
Bəhruz Teymurov, 34 (0:1), Əziz Hüseynov, 68 (0:2), Bəhruz Teymurov, 87 (0:3), İqrar Səmədov, 89 (1:3)
Hakimlər: Ömər Paşayev, Coşqun Həsənov, Kamran Bayramov, Elgün Hüseynov 
Şövkət Orduxanov adına Qusar şəhər stadionu.

“Şərurspor” – “Qaradağ Lökbatan” - 3:3 (penaltilər - 4:5)
Qollar: Sabir Allahquliyev, 9 (0:1). Rəhman Musayev, 22 (1:1). Sabir Allahquliyev, 58 (1:2). Rəhman Musayev, 86 (2:2). Rüfət Məmmədov, 101 (2:3). Fariz Nəcəfov, 105+1 (3:3).

Hakimlər: Anar Niyazov, Yaşar Abbasov, Şakir Quliyev, Qorxmaz Eldarov 
Bakı. “Bayıl Arena”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right