"Beşiktaş" "Qarabağ"ın forvardı üçün növbəti təklif göndərəcək

Türkiyənin "Beşiktaş" klubu "Qarabağ"ın forvardı Juninyo Olaviudan əl çəkmək fikrində deyil.

Newsport.az saytına verilən məlumata görə, Ağdam təmsilçisi "Beşiktaş"dan 8 milyon avro (təxminən 15 milyon manat) tələb edirdi. 

Amma saytımıza verilən məlumata görə, "Qarabağ" müəyyən qədər güzəştə getməyə hazırdır. "Beşiktaş" isə bu məbləğin xeyli azaldılmasını tələb edib. Türkiyə klubu Juninyo üçün yeni təklif hazırlayaraq Ağdam klubuna rəsmi müraciət edəcək. 

Braziliyalı hücumçu 2023-cü il iyulun 1-də Portuqaliyanın "Şaviş" klubundan "Qarabağ"a keçib. O, 2026-cı il iyunun 30-na qədər Azərbaycan çempionuna məxsusdur. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right