Azərbaycan yığması bolqarlara uduzdu

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib. 

Newsport.az AFFA-ya istinadən xəbər verir ki, millimiz B Liqasının 4-cü qrupunda Latviyanın Salaspils şəhərindəki "Salaspils BSS" stadionunda Bolqarıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Oyun komandamızın 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qeyd edək ki, Azərbaycan milli komandası qrupda son oyununu aprelin 9-da, saat 16:00-da "LNK Sporta Parks" stadionunda Latviya yığmasına qarşı keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right